ABŞ-də iki helikopter toqquşdu: Ölənlər var
1 min read

ABŞ-də iki helikopter toqquşdu: Ölənlər var

ABŞ-nin Oreqon ştatında səmada iki helikopterin toqquşması nəticəsində üç nəfər həyatını itirib.

Canlixeber.com xəbər verir ki, baş vermiş hadisə barədə yerli hüquq-mühafizə orqanları məlumat yayıb.

Federal Mülki Aviasiya İdarəsinin məlumatına əsasən, qəzaya uğrayan vertolyotlar “Robinson R22” və “Airbus H125” modelləri olub.

Helikopterlərdən birinin göyərtəsində iki nəfər, digərində isə yalnız bir pilot olub.

“Hər üç şəxs həlak olub”, – deyə yerli polisdən bildirilib.

Qeyd edilib ki, vertolyotlardan birində Böyük Britaniyadan olan təlimatçı və kursant pilot da yer alıb.

Hazırda qəzanın başvermə səbəbləri və təfərrüatları hərtərəfli araşdırılır.