İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verib
1 min read

İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verib

Prezident İlham Əliyev Şimali Kipr Türk Respublikasının Prezidenti Tufan Erhürmana başsağlığı məktubu göndərib.

Canlixeber.com xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Girnə yaxınlığında baş vermiş gəmi qəzası nəticəsində insanların həlak olması barədə xəbər bizi son dərəcə sarsıtdı.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”