İTV 21 yaşını qeyd edir
1 min read

İTV 21 yaşını qeyd edir

Bu gün İctimai Televiziyanın (İTV) 21 yaşı tamam olur.

Canlixeber.com xəbər verir ki, İTV 2005-ci il avqustun 29-da fəaliyyətə başlayıb.

21 illik fəaliyyəti dövründə böyük inkişaf yolu keçən, maraqlı layihələrə imza atan telekanal bu gün tamaşaçıların sevgisini qazanmağı bacarıb.

İctimai Televiziya Azərbaycanın zəngin və rəngarəng efir məkanında fərqli – ictimai yayım prinsiplərinə uyğun proqram siyasəti yürüdüb. Belə ki, mötəbər idman yarışları, Futbol üzrə Avropa Çempionatı, Olimpiada və Paralimpiya Oyunları İTV-də nümayiş olunub. Kanal həm də dünyada məşhur olan serialları alıb səsləndirərək tamaşaçılara təqdim edir.

İTV-nin efirindəki bütün filmlər və cizgi filmləri lisenziya əsasında yayımlanır.

44 günlük Vətən müharibəsi dönəmində də İctimai Televiziya informasiya müharibəsinin ilk sıralarda yer alıb.