Bakı-Quba yolunun kənarında OBYEKT YANIB
Bakı-Quba yolunun Siyəzəndən keçən hissəsində yanğın hadisəsi baş verib.
Canlixeber.com xəbər verir ki, hadisə yol kənarında kafedə qeydə alınıb. Yanğının hansı səbəbdən baş verməsi məlum deyil.
Fövqəladə Hallar Nazirliyindən (FHN) qeyd olunub ki, yanğın hadisəsi ötən gün saat 21 radələrində baş verib.
“Nazirliyin 112 qaynar telefon xəttinə Siyəzən rayonu Zarat kəndi ərazisində restoranda yanğın baş verməsi ilə bağlı məlumat daxil olub. Əraziyə dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar. Restoranda baş vermiş yanğın söndürülüb, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub”, – məlumatda bildirilib.
