Hacıqabulda avtomobilin vurduğu piyada ölüb
1 min read

Hacıqabulda avtomobilin vurduğu piyada ölüb

Hacıqabulda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Canlixeber.com xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun şəhər ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Şirvan şəhər sakini 1966-cı il təvəllüdlü Hüseynov Valeh Hidayət oğlunu yol keçən zaman avtomobil vurub. Ağır bədən xəsarətləri alan yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, o, xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.