“Sabah”ın Çempionlar Liqasındakı oyunu hansı kanalda yayımlanacaq?
Bu axşam UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.
Canlixeber.com xəbər verir ki, təmsilçimiz “Sabah” bu mərhələdə Danimarkanın “Orhus” klubunu qəbul edəcək.
İzləyicilər “Sabah” – “Orhus” oyununu İctimai TV-də izləyə biləcəklər.
Xatırladaq ki, “bayquşlar” iki oyunun nəticəsinə əsasən “Orhus”u üstələyəcəyi təqdirdə UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Hapoel Beer-Şeva” (İsrail) – “Srvena Zvezda” (Serbiya) cütünün qalibi ilə qarşılaşacaqlar. Mərhələnin uduzan tərəfi isə UEFA Avropa Liqasının pley-offunda “Benfika” (Portuqaliya) – “Harts” (Şotlandiya) cütünün qalibi ilə qarşılaşacaq.
UEFA Çempionlar Liqası
III mərhələ
11 avqust
Saat 20:00, “Sabah” – “Orhus” (İctimai TV)
