Hava şəraiti DƏYİŞƏCƏK: Leysan və dolu gözlənilir – XƏBƏRDARLIQ
1 min read

Hava şəraiti DƏYİŞƏCƏK: Leysan və dolu gözlənilir – XƏBƏRDARLIQ

Avqustun 9-da axşam Azərbaycanın qərb rayonlarından başlayaraq 11-dək əsasən dağlıq və dağətəyi ərazilərdə arabir yağış yağacağı gözlənilir.

Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı ehtimal olunur.