Bakıda 24 nömrəli avtobus marşrutunun hərəkət sxemi dəyişdirilib
1 min read

Bakıda 24 nömrəli avtobus marşrutunun hərəkət sxemi dəyişdirilib

Paytaxtın Təbriz küçəsində, metronin “Nəriman Nərimanov” stansiyasının ətrafında aparılan təmir işləri ilə əlaqədar 24 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib.

Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Məlumata görə, təmir işləri yekunlaşanadək 24 nömrəli marşrutun son dayanacaq məntəqəsi Ağa Nemətulla küçəsində təyin edilib.

“Marşrut üzrə avtobusların Bakıxanov qəsəbəsi istiqamətində hərəkəti Ağa Nemətulla, Fətəli xan Xoyski və Əhməd Rəcəbli küçələri ilə, daha sonra isə mövcud sxem üzrə təşkil olunub”, – məlumatda qeyd olunur.