Dünya çempionatı: Nihad Süleymanlı 1/4 finala vəsiqə qazanıb
1 min read

Dünya çempionatı: Nihad Süleymanlı 1/4 finala vəsiqə qazanıb

Azərbaycan sərbəst güləşçisi Nihad Süleymanlı Bakıda təşkil olunan U-17 dünya çempionatında 1/4 finala vəsiqə qazanıb.

Canlixeber.com xəbər verir ki, 80 kq çəki dərəcəsində yarışan idmançı 1/8 finalda qırğızıstanlı Ali Zakirjanovu 10:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.