“SAVALAN” Muzey Kompleksinin restoranında baş vermiş yanğınla bağlı RƏSMİ AÇIQLAMA
1 min read

“SAVALAN” Muzey Kompleksinin restoranında baş vermiş yanğınla bağlı RƏSMİ AÇIQLAMA

May ayının 20-i saat 20:30 radələrində “SAVALAN” Muzey kompleksinin restoranında yanğın hadisəsi baş verib.

Canlixeber.com xəbər verir ki, yanğına Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğından Mühafizə Xidməti tərəfindən dərhal operativ müdaxilə edilib və ətraf ərazilərə yayılmasının qarşısı alınıb.Xoşbəxtlikdən hadisə zamanı insan itkisi qeydə alınmayıb. Muzeyin özü və eksponatları, o cümlədən dünyanın ən böyük palıd çəlləyi yanğından zərər görməyib.

Hazırda “SAVALAN” Şərabçılıq müəssisəsi istehsalat prosesini standart rejimdə davam etdirir. Şərab Muzeyi müvəqqəti olaraq fəaliyyətini dayandırsa da, şərab turları üzrə xidmətlər davam etməkdədir.Baş vermiş hadisə ilə bağlı rəsmi açıqlama müəssisənin direktoru Əjdər Şəfizadə tərəfindən verilib. Bildirilib ki, vəziyyət tam nəzarət altındadır və müəssisə fəaliyyətini davam etdirir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *