Kamal Umudlu UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin oyununa təyinat alıb
Azərbaycanın FIFA referisi Kamal Umudlu təyinat alıb.
Canlixeber.com xəbər verir ki, o, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Dinamo Siti” (Albaniya) – “Aluminiy” (Sloveniya) qarşılaşmasının baş hakimi olacaq.
Referiyə Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.
Qeyd edək ki, görüş iyulun 30-da Elbasan şəhərinin eyniadlı stadionunda, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
