Ailələrinə qaytarılan uşaqların sayı açıqlandı
1 min read

Ailələrinə qaytarılan uşaqların sayı açıqlandı

Bu ilin ilk 6 ayında 59 uşaq müəssisədən öz bioloji ailəsinə qaytarılıb.

Canlixeber.com xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyindən bildirilib.

Bildirilib ki, onlardan 28-i qız, 31-i oğlandır.

“Aparılan sosial iş, ailələrin qiymətləndirilməsi və dəstək tədbirləri nəticəsində 162 uşağın ailələri tərəfindən sosial xidmət müəssisələrinə yerləşdirilməsinin qarşısı alınıb. Həmin uşaqlardan 90-ı qız, 72-si oğlandır”, – məlumatda vurğulanıb.