Nazirlik zirzəmisində ölü döl tapıldığı iddia edilən xəstəxana ilə bağlı məsələyə münasibət bildirib
1 min read

Nazirlik zirzəmisində ölü döl tapıldığı iddia edilən xəstəxana ilə bağlı məsələyə münasibət bildirib

“Sosial şəbəkələrdə “Vital Hospital”la bağlı yayılan məlumat Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin diqqətindədir”.

Canlixeber.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

“Məsələ ilə bağlı araşdırmaya başlanılıb və hüquq-mühafizə orqanları məlumatlandırılıb. Araşdırmanın nəticələrinə əsasən ictimaiyyətə əlavə məlumat veriləcək”, – açıqlamada qeyd olunub.

Qeyd edək ki, “Vital Hospital”da ölü doğulan uşağın zirzəmiyə atıldığı iddia edilir.