Ağdam-Füzuli avtomobil yolunun yaxınlığında minalanmış ərazidə yanğın başlayıb
Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Ağdam rayonu istiqamətində, Ağdam-Füzuli avtomobil yolunun yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Canlixeber.com xəbər verir ki, bu barədə Nazirlik malumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.
Ərazinin minalanmış olması yanğınla mübarizə tədbirlərini mürəkkəbləşdirir.Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
Əlavə məlumat veriləcək.
