“Sabah” bu gün UEFA Çempionlar Liqasındakı ilk sınağına çıxır
1 min read

“Sabah” bu gün UEFA Çempionlar Liqasındakı ilk sınağına çıxır

Bu gün UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində təmsilçimiz “Sabah” klubu Uelsin TNS komandası ilə qarşılaşır.

Canlixeber.com xəbər verir ki, Masazırda yerləşən “Bank Respublika Arena”da keçiriləcək görüş saat 20:00-da başlayacaq.

Cavab oyunu isə iyulun 14-də Osvestri şəhərindəki “Park Hall” stadionunda təşkil olunacaq. Matç Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.

Qeyd edək ki, bu, “Sabah”ın tarixində UEFA Çempionlar Liqasında keçirəcəyi ilk oyun olacaq.