Bakıda inək 64 yaşlı kişiyə hücum edib, vəziyyəti ağırdır
Bakının Nərimanov rayonunda 64 yaşlı kişi inəyin hücumuna məruz qalaraq ağır xəsarətlər alıb.
Canlixeber.com verir ki, hadisə Müzəffər Nərimanov küçəsində qeydə alınıb.
1962-ci il təvəllüdlü Füzuli İmamverdi oğlu Əliyev yaşadığı küçədə inəyin hücumuna məruz qalıb. Nəticədə o, burun və qol sümüyünün sınığı, həmçinin qapalı kəllə-beyin travması alıb.
Yaralı təcili olaraq xəstəxanaya çatdırılıb və müalicəyə götürülüb.
Həkimlərin verdiyi məlumata görə, F.Əliyevin vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
