Bərdədə canavarlar fərdi təsərrüfata hücum edib, 50-yə heyvan tələf olub
Bərdə rayonunda canavarlar fərdi təsərrüfata hücum edib.
Canlixeber.com Teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun İmamqulubəyli kəndi ərazisində qeydə alınıb.
Kənd sakini Murad Mustafayevə məxsus təsərrüfata canavarların hücumu nəticəsində təxminən 50-yə yaxın xırdabuynuzlu heyvan tələf olub.
Baş verən hadisə kənd sakinləri arasında narahatlıq yaradıb. Sakinlər ərazidə vəhşi heyvanların sayının artdığını bildirirlər.Hadisə ilə bağlı aidiyyəti qurumların araşdırma apardığı deyilir.
