Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
1 min read

Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.


Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.


Bildirilib ki, tədbirlər zamanı əvvəllər məhkum olunmuş 41 yaşlı Emin Mahmudov saxlanılıb. Ondan 7 kiloqramdan artıq marixuana, heroin və tiryək aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.