“Sabah”ın Avstriya toplanışındakı rəqibləri bəlli olub
1 min read

“Sabah”ın Avstriya toplanışındakı rəqibləri bəlli olub

“Sabah”ın Avstriya toplanışındakı rəqibləri bəlli olub.

Canlixeber.com xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Bildirilib ki, Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışında olan “Sabah” hazırlıq çərçivəsində 3 yoxlama oyunu keçirəcək.

Komandanın ilk rəqibi Rumıniyanın “Universitatya Krayova” klubu olacaq. Matç iyunun 24-də keçiriləcək.

“Sabah” iyunun 28-də Macarıstanın “Ferentsvaroş”, iyulun 2-də isə Ukraynanın “Polissya” komandaları ilə qarşılaşacaq.