Yaşayış binasında yanğın baş verib
1 min read

Yaşayış binasında yanğın baş verib

Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin operativ müdaxiləsi sayəsində Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Canlixeber.com xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təhlükəsiz əraziyə təxliyə olunub.

Əlavə məlumat veriləcək.