Anton Krivotsyuk və Abdulla Xaybulayev Azərbaycan millisinin heyətindən çıxarılıblar
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisinin heyətində dəyişiklik edilib.
Canloxeber.com xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətindən bildirilib.
Anton Krivotsyuk və Abdulla Xaybulayev heyətdən çıxarılıblar.
Qeyd edək ki, Azərbaycan millisi ötən gün toplanış çərçivəsində keçirdiyi yoldaşlıq matçında Maltaya 0:2 hesabı ilə məğlub olub.
