“Qarabağ” Zakaria Savonun adına görə cərimələndi
1 min read

“Qarabağ” Zakaria Savonun adına görə cərimələndi

“Qarabağ” klubu AFFA İntizam Komitəsinin qərarı ilə 4 500 manat cərimə ödəyəcək.

Canlixeber.com xəbər verir ki, buna Misli Premyer Liqasının X turunda “Qəbələ” ilə keçirilən səfər matçında (0:0) baş verən hadisələr səbəb olub.

Belə ki, görüşdən sonra Ağdam təmsilçisinin azarkeşləri pirotexniki vasitələrdən istifadə ediblər. Bu səbəbdən klub 3 000 manat cərimələnib.

Bundan başqa, “Qarabağ”ın futbolçusu Zakaria Savonun formasında adının yazılışında Azərbaycan əlifbasında olmayan hərfdən istifadə edildiyinə görə komandaya daha 1 500 manat cərimə tətbiq olunub.

“Qəbələ” klubu isə stadionun “Zona 1” ərazisində kənar şəxslərin olmasına görə 1 000 manat cərimələnib.