Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin toplantısı keçiriləcək
1 min read

Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin toplantısı keçiriləcək

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin toplantısı keçiriləcək.

Canlixeber.com xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Məlumata görə, toplantının gündəm mövzusu birjada manipulyasiya nəticəsində yaranan böhran olacaq. Bununla yanaşı, “Terrorsuz Türkiyə” prosesi də müzakirə ediləcək.

Məlumata görə, Yaxın Şərqdəki proseslər, Ərəbistan yarımadasındakı son vəziyyət, artan ABŞ-İran gərginliyi və regional proseslər də gündəmdə olacaq.