Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Ər-Riyad üzərində PUA-nı vurub
1 min read

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Ər-Riyad üzərində PUA-nı vurub

Ərəb koalisiyası qüvvələri Ər-Riyad üzərində daha bir pilotsuz uçuş aparatını (PUA) məhv edib.

Canlixeber.com xəbər verir ki, bu barədə koalisiyanın nümayəndəsi Turki əl-Maliki xəbər verib.

“Ər-Riyad yaxınlığında bir pilotsuz uçuş aparatını ələ keçirərək məhv edilib”, – Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın nümayəndəsinin açıqlamasında deyilir.

Vurulan pilotsuz uçuş aparatı Ər-Riyad səmasında gecə ərzində tutulub saxlanılan ikinci hava hədəfi olub.