Azərbaycanla Qırğız Respublikası arasında müttəfiqlik haqqında müqavilə təsdiq edildi
Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb.
Canlixeber.com xəbər verir ki, bununla da 2026-cı il iyulun 31-də Çolpon-Ata şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” təsdiq edilib.
