Azərbaycanlı zəvvarların ilk qrupu Bakıya qayıdıb
Bu il həcc ziyarətinə getmiş Azərbaycanlı zəvvarların ilk qrupu Bakıya qayıdıb.
Canlixeber.com xəbər verir ki, 130 zəvvarı daşıyan təyyarə bir qədər öncə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.
Qeyd edək ki, digər zəvvarlar hazırda Məkkədədirlər və bir neçə gündən sonra Mədinəyə yollanacaqlar. İyunun 6-dan etibarən onların Bakıya daşınması başlanacaq. Sonuncu zəvvar qrupu iyunun 9-da Bakıya yola düşəcək.
