FIFA Türkiyə klubuna transfer qadağası qoydu
1 min read

FIFA Türkiyə klubuna transfer qadağası qoydu

FIFA Türkiyənin “Eyüpspor” klubunu cəzalandırıb.

Canlixeber.com xəbər verir ki, bu barədə ali futbol qurumunun mətbuat xidməti məlumat yayıb.

Super Liqa təmsilçisi keçmiş oyunçularına olan borclarını ödəmədiyi üçün üç dönəmlik transfer qadağasına məruz qalıb. Borclar ödənəcəyi halda, qərar qüvvədən düşəcək.

“Eyüpspor” çempionatda 7 turdan sonra 3 xalla 18-ci sıradadır.