Bakıda nasaz yük maşını əsas yoldan kənarlaşdırıldı
1 min read

Bakıda nasaz yük maşını əsas yoldan kənarlaşdırıldı

8 Noyabr prospekti ilə Süleyman Əhmədov küçəsinin kəsişməsində hərəkətin məhdudlaşmasına səbəb olan texniki nasazlıq yaranmış yük avtomobili polis əməkdaşlarının operativ müdaxiləsi nəticəsində ərazidən kənarlaşdırılıb.

Canlixeber.com xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Hazırda qeyd olunan istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti tam bərpa olunub.

**

Bakıda yük avtomobilinin texniki nasazlıq səbəbindən yolda qalması nəqliyyatın hərəkətində məhdudiyyət yaradıb.

Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Hadisə Xətai rayonu, 8 Noyabr prospekti ilə Süleyman Əhmədov küçəsinin kəsişməsində qeydə alınıb. Nəticədə prospektin mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşıb.

Hazırda problemin aradan qaldırılması üçün polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülür.