Misli Premyer Liqasında VII tur yekunlaşır
1 min read

Misli Premyer Liqasında VII tur yekunlaşır

Bu gün Misli Premyer Liqasında VII turun oyunlarına yekun vurulur.

Canlixeber.com xəbər verir ki, turun son oyun günündə iki qarşılaşma keçiriləcək.

Əvvəlcə “İmişli” Yevlax şəhər stadionunda “Qarabağ”ı qəbul edəcək. Görüş saat 16:00-da başlayacaq.

Günün digər matçında isə “Şəfa” “Turan Tovuz”la üz-üzə gələcək. “SOCAR Polymer Arena”da keçiriləcək qarşılaşma saat 18:30-da start götürəcək.

Misli Premyer Liqası

VII tur

11 oktyabr

16:00. “İmişli” – “Qarabağ”;

18:30. “Şəfa” – “Turan Tovuz”.