Misli Premyer Liqası: “Zirə” “Şamaxı” ilə, “Sumqayıt” isə “Qəbələ” ilə qarşılaşacaq
1 min read

Misli Premyer Liqası: “Zirə” “Şamaxı” ilə, “Sumqayıt” isə “Qəbələ” ilə qarşılaşacaq

Misli Premyer Liqasında VII turun oyunları sabah davam edəcək.

Canlixeber.com xəbər verir ki, turun ikinci oyun günündə iki qarşılaşma keçiriləcək.

Əvvəlcə “Zirə” doğma meydanda “Şamaxı”nı qəbul edəcək. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək görüş saat 17:00-da başlayacaq.

Günün digər matçında isə “Sumqayıt” “Qəbələ” ilə qarşılaşacaq. “SOCAR Polymer Arena”da baş tutacaq oyun saat 19:30-da start götürəcək.

Misli Premyer Liqası

VII tur

10 oktyabr

17:00. “Zirə” – “Şamaxı”;

19:30. “Sumqayıt” – “Qəbələ”.