Beyləqandakı məktəbdə kütləvi zəhərlənmə baş verib
Beyləqan rayonunda orta məktəbdə kütləvi zəhərlənmə baş verib.
Canlixeber.com xəbər verir ki, hadisə rayonun Eyvazallar kənd Fəxrəddin Quliyev adına tam orta məktəbin 7A sinfində baş verib.
Sinifdə texnologiya müəllimi dərs zamanı şagirdlərə fastfud hesab edilən hamburgerin hazırlanmasını öyrədirmiş. Həmin yeməyi şagirdlər yeyib və nəticədə 14 şagirdinin halı pisləşib. Məktəblilər Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
İlkin məlumata görə, zəhərlənmə hadisəsi yeməkdə istifadə edilən sosislər və ketçupdan olub.
Faktla bağlı araşdırma başlanıb.
