Rəcəp Tayyib Ərdoğan İlham Əliyevə zəng etdi
1 min read

Rəcəp Tayyib Ərdoğan İlham Əliyevə zəng etdi

Sentyabrın 27-də axşam radələrində Türkiyə Respublikasının Prezidenti Rəcəp Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Canlixeber.com xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Türkiyə Prezidenti Azərbaycanda Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla yad etdiyini bildirib.

Dövlətimizin başçısı telefon zənginə görə Türkiyə Prezidentinə təşəkkür edib.