Azərbaycanın minifutbol millisi Avropa çempionatına qələbə ilə başlayıb
Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatına qələbə ilə start verib.
Canlixeber.com xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv F qrupundakı ilk oyununda Avstriya yığması ilə üz-üzə gəlib.
“Tipos Arena”dakı matç Azərbaycan komandasının qalibiyyəti ilə bitib – 1:0.
Xatırladaq ki, Azərbaycan millisi mayın 29-da İtaliya, 30-da isə Fransa ilə münasibətlərə aydınlıq gətirəcək.
