Prezident: “Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır”
1 min read

Prezident: “Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır”

“Azərbaycan vasitəsilə daşımaları həyata keçirən təchizatçılar, eyni zamanda, bərədən, yəni Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər”.

Canlixeber.com xəbər verir ki, bu fikriləri Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə bildirib.

“İstər Şərq-Qərb, istər Şimal-Cənub istiqamətində getmək istəyirsinizsə, Azərbaycanı seçməlisiniz”, – deyə dövlətimizin başçısı qeyd edib.

O vurğulayıb ki, biz doğrudan da qovşağıq:

“Bu, çox önəmli iki dəhlizdir. Azərbaycan yeganə ölkədir ki, hər iki dəhlizin fəal iştirakçısıdır”.