Yevlaxda kanaldan kişi meyiti tapıldı
1 min read

Yevlaxda kanaldan kişi meyiti tapıldı

Yevlaxda kanaldan kişi meyiti tapılıb.

Canlixeber.com xəbər verir ki, hadisə Aran qəsəbəsi ərazisində qeydə alınıb.

1973-cü il təvəllüdlü qəsəbə sakini Qasımov İxtiyar Vəli oğlunun meyiti qəsəbə ərazisindən keçən su kanalında aşkar edilib.

İlkin məlumata görə, o, içkili vəziyyətdə olarkən kanala yıxılıb.

Faktla bağlı araşdırma aparılır.