İsrail səfirliyi Azərbaycanı təbrik etdi
İsrailin Bakıdakı səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib.
Canlixeber.com xəbər verir ki, bu barədə səfirlik “X” hesabında paylaşım edib.
“İsrail Dövlətinin Səfirliyi Azərbaycan Respublikasını Suverenlik Günü münasibətilə səmimi-qəlbdən təbrik edir!
Arzu edirik ki, bu mühüm milli bayram Azərbaycan xalqına davamlı sülh, rifah, birlik və qüvvət gətirsin. Azərbaycan Respublikasına möhkəm suverenlik, sabitlik və parlaq gələcək diləyirik!”, – paylaşımda vurğulanıb.
