Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Misli Premyer Liqasında VI tura bu gün yekun vurulacaq.
Canlixeber.com xəbər verir ki, turun son oyun günündə iki görüş baş tutacaq.
Əvvəlcə “Şamaxı” evdə “Araz-Naxçıvan”ı qəbul edəcək. Saat 16:30-da start götürəcək qarşılaşmanı İnqilab Məmmədov idarə edəcək.
“Şamaxı” hazırda 6 xalla turnir cədvəlinin 7-ci pilləsində yer alıb. 2 xala malik “Araz-Naxçıvan” isə 11-ci pillədədir.
Tura Gəncə şəhər şəhər stadionunda yekun vurulacaq. “Sumqayıt” səfərdə “Kəpəz”in qonağı olacaq. Əliyar Ağayevin idarə edəcəyi görüş saat 19:00-da başlayacaq.
“Kəpəz” hazırda 6 xalla 6-cı yerdədir. Cəmi 1 xalı olan “Sumqayıt” isə sonuncu – 12-ci pillədə qərarlaşıb.
Misli Premyer Liqası
I dövrə, VI tur
20 sentyabr
16:30. “Şamaxı” – “Araz-Naxçıvan”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Zöhrab Abbasov, Elvin Bayramov.
VAR: Emin Əliyev.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Şamaxı şəhər stadionu
19:00. “Kəpəz” – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Ruslan Quliyev.
VAR: Fərid Hacıyev.
AVAR: Kərim Zeynalov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Gəncə şəhər stadionu.
Qeyd edək ki, turun daha əvvəl baş tutan matçlarında “Neftçi” “Qəbələ”ni (3:0), “Qarabağ” “Şəfa”nı (1:0), “Turan Tovuz” “Zirə”ni (1:0), “Sabah” isə “İmişli”ni (3:1) məğlub edib.
