Sakinlərin nəzərinə: Paytaxtın bəzi ərazilərində qaz kəsiləcək
1 min read

Sakinlərin nəzərinə: Paytaxtın bəzi ərazilərində qaz kəsiləcək

Bakının bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Canlixeber.com xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, təmir-quraşdırma işləri, həmçinin “Qaz İxrac” İdarəsinə məxsus “Hövsan-Digah” magistral qaz kəmərində aşkar edilmiş sızmanın aradan qaldırılması ilə əlaqədar sentyabrın 18-də saat 10:00-dan işlər başa çatanadək bir sıra ərazilərdə qazın verilişi dayandırılacaq.

Belə ki, Xətai rayonunun M.Hadi və A.Rəhimov küçələrinin, Əhmədli qəsəbəsində 1-ci və 5-ci Rezervuar küçələrinin, Babək prospektinin, Sabunçu rayonunun Balaxanı qəsəbəsində bir sıra küçələrin və “Fazenda yaşayış” massivinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.