Bu gün uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
Bu gün Sosial Xidmətlər Agentliyinin uşaq evi sosial xidmət müəssisələrindən 39 uşaq birinci sinfə gedir.
Canlixeber.com xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hazırda Sosial Xidmətlər Agentliyinin uşaq evi sosial xidmət müəssisələrində valideyn himayəsindən məhrum olan 476 uşaq yaşayır.
