Yataraq 2 milyon qazanacaqlar
“Yatmaqla pul qazanmaq” ideyası Yaponiyada reallığa çevrilir. Tokioda keçiriləcək qeyri-adi yarışmada iştirakçılar 90 dəqiqə ərzində ən yüksək keyfiyyətli yuxuya getmək uğrunda mübarizə aparacaqlar.
Canlixeber.com xəbər verir ki, “Mattrace by Koala” adlı tədbirin qalibinə 2 milyon 220 min yen, yəni təxminən 14500 dollar (təxminıən 25 min manat) mükafat veriləcək.
Yarış zamanı iştirakçıların yuxu dərinliyi, keyfiyyəti, yuxuya getmə müddəti və yuxunun ardıcıllığı xüsusi cihazlarla ölçüləcək. Məlumatların həkimlərin nəzarəti altında qiymətləndiriləcəyi və hər iştirakçı üçün fərdi “yuxu balı” hesablanacağı bildirilib.
Lakin yarış iştirakçıları üçün sadəcə yatmaq kifayət etməyəcək. Tədbirdən əvvəl onlara “yuxu məşqləri” keçiriləcək, həmçinin yuxu keyfiyyətinə təsir göstərə biləcək müxtəlif məhsullar təsadüfi şəkildə paylanacaq.
