Bank Respublika AccessBank-ı alır
“Bank Respublika”-nın və “AccessBank”ın səhmdarları “Bank Respublika” tərəfindən “AccessBank”ın səhmlərinin 100 faizinin alınmasını nəzərdə tutan strateji əqdin sas şərtlərini təsdiqləyiblər.
Canlixeber.com xəbər verir ki, bu barədə “Bank Respublika” məlumat yayıb.
Bildirilib ki, əqdin 2026-cı ilin noyabr ayınadək tamamlanması planlaşdırılır. Əqd çərçivəsində “AccessBank”ın mövcud səhmdarları “Bank Respublika”nın nizamnamə kapitalının ümumilikdə 25 faizini təşkil edən yeni buraxılacaq imtiyazlı səhmləri əldə edərək “Bank Respublika”nın səhmdarlarına çevriləcəklər.
Səhmlərin satın alınması başa çatdıqdan sonra “Bank Respublika” və “AccessBank” ilkin mərhələdə ayrı-ayrı banklar kimi fəaliyyətlərini davam etdirəcəklər. Onların sonradan vahid bankda birləşdirilməsi müvafiq tənzimləyici tələblərə uyğun həyata keçiriləcək.
Birləşmiş bankın cəmi aktivləri 4,5 milyard manata, kredit portfeli isə 3,3 milyard manata çatacaq.
