Zaqatalada qarışıq mallar mağazası yandı
1 min read

Zaqatalada qarışıq mallar mağazası yandı

Zaqatalada qarışıq mallar mağazasında yanğın baş verib.

Canlixeber.com xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Danaçı kəndində qeydə alınıb.

Kənd sakini Səbiət Rəbiət qızı İsayevaya məxsus qarışıq mallar mağazasında baş verən yanğın nəticəsində obyektin yanar konstruksiyaları və içərisindəki məhsullar yanıb.

Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.

Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.