67 yaşlı kişi iş yerində öldü – ADSEA yayılan məlumatları təkzib etdi
Bu gün bəzi media orqanlarında yayılan “Ceyranbatan gölündən meyit tapıldı” məzmunlu heç bir rəsmi mənbəyə istinad olunmayan məlumat ictimaiyyətə yanlış təqdim olinub.
Canlixeber.com xəbər verir ki, mövzu ilə bağlı İri Şəhərlərin Su Təchizatının mövzu ilə bağlı rəsmi açıqlama yayıb.
Açıqlamada bildirilir:
“Ceyranbatan Su Təchizatı İdarəsi su təchizatı sistemləri üzrə qəza-bərpa və təmir işləri qrupunun ustası Ramazanov Mahir Tofiq oğlu iş otağında qəfil dünyasını dəyişib. Hadisə ilə bağlı hüquq mühafizə orqanı və təcili tibbi yardım briqadasının əməkdaşları idarəyə dəvət olunublar. İlkin tibbi rəyə görə Mahir Ramazanov ürəktutma səbəbindən dünyasını dəyişib.
Allah rəhmət etsin.
Hörmətli media və sosial şəbəkə hesabları təmsilçiləri, İri Şəhərlərin Su Təchizatı ilə bağlı hər hansl informasiyanı yaymadan öncə qurumun mətbuat xidməti ilə dəqiqləşdirmənizi xahiş edirik”.
**
Abşeron rayonunda 67 yaşlı kişi iş yerində ölüb.
Canlixeber.com xəbər verir ki, hadisə oktyabrın 30-u saat 19 radələrində Ceyranbatan su anbarının ərazisində baş verib.
Ceyranbatan Su Təchizatı İdarəsində işləyən Sumqayıt şəhər sakini 1959-cu il təvəllüdlü Mahir Tofiq oğlu Ramazanovun meyiti gölün ərazisində tapılıb.
Faktla bağlı araşdırmalar aparılır.
