20 ballıq cərimə sistemi ilə bağlı dəyişikliklər olacağı gözlənilir
Yol hərəkəti qaydalarını pozan sürücülərə tətbiq edilən cərimə balları sistemi diqqət mərkəzindəki məsələlərdəndir. Son dövrlərdə ictimaiyyət arasında ən çox müzakirə edilən mövzulardan biri də məhz mövcud 20 ballıq həddin gələcəyi ilə bağlıdır.
Canlixeber.com xəbər verir ki, bu sahədə qanunvericiliyə müəyyən düzəlişlər edilməsi nəzərdə tutulur.
Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə təqdim edilən layihə əsasında Milli Məclisdə müzakirələr aparılır.
Mövzunun belə geniş səslənməsinin əsas səbəbi bir çox sürücü mövcud həddi həddindən artıq sərt hesab etməsidir. Toplanan balların qısa müddətdə 20-yə çatması və nəticədə sürücülük hüququnun məhdudlaşdırılması narazılığın əsas səbəbinə çevrilib.
Narazılığın əsasında isə isə dayanma və durma qaydalarına görə hesablanan ballar dayanır. Səkiyə çıxma, piyada keçidinə və ya yol ayrıcına yaxın məsafədə dayanma, avtobus zolağından istifadə, eləcə də ikinci cərgədə parklanma kimi hallar həm pul cəriməsi, həm də əlavə cərimə balı ilə müşayiət olunur.
Müzakirə edilən variantlar arasında isə pul cərimələrinin saxlanılması, lakin bəzi xətalar üzrə cərimə ballarının ləğvi, yaxud ümumi həddin müəyyən qədər qaldırılması kimi yanaşmalar yer alır.
