Xəbər lenti
Agentlik sədrinin müşaviri işdən çıxdı – FOTO
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) İdarə Heyətinin sədrinin müşavirlərindən biri – Çingiz Əliyev vəzifəsindən azad olunub. Canlixeber.com İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı DOST-un İdarə Heyətinin sədri Fərid Məmmədov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Çingiz Əliyev çalışmanın son yaş həddi ilə əlaqədar olaraq sədrin müşaviri vəzifəsindən […]
Mirzoyan: Ermənistan Rusiyadan asılılığı azaldıb
Ermənistan son illərdə siyasi, iqtisadi və enerji sahələrində bir mərkəzdən — xüsusilə Rusiyadan asılılığını azaldaraq, əməkdaşlıq etdiyi ölkələrin sayını genişləndirib. Canlixeber.com xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Arorat Mirzoyan deyib. Onun sözlərinə görə, Ermənistan uzun illər özünü təhlükəsizlik baxımından “böyük müttəfiqə” ehtiyac duyan ölkə kimi görüb: “Bu yanaşma zamanla dəyişib, çünki müəyyən məqamlarda gözlənilən dəstəyin […]
Azərbaycan millisinin baş məşqçisi Boris Qrebennikov: “Döyüşkən kollektiv formalaşdırmaq əsas vəzifəmizdir”
Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin bu mövsüm əsas məqsədi vahid məqsəd uğrunda birləşən, döyüşkən kollektiv formalaşdırmaqdır. Bu barədə “Canlixeber.com”a komandanın baş məşqçisi Boris Qrebennikov açıqlama verib. Mütəxəssis hədəflərinin böyük olduğunu bildirib: “Milli komanda üçün bu mövsüm əsas vəzifə vahid məqsəd uğrunda birləşən, döyüşkən kollektiv formalaşdırmaqdır. Bütün oyunçular eyni hədəf və istək, qalib gəlmək arzusu ilə […]
Zelenski İlham Əliyevə zəng etdi
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Canlixeber.com qeyd edir ki, bu barədə Prezidentin “X” hesabında paylaşım edilib. “Telefon danışığı zamanı ölkələrimiz arasında münasibətlərin inkişafındakı müsbət dinamika məmnunluqla qeyd olunub. Həmçinin ikitərəfli gündəlik çərçivəsində Qəbələdə keçirilmiş görüşdə müzakirə olunan məsələlərin icrası ilə bağlı fikir mübadiləsi aparılıb”, – deyə məlumatda qeyd olunub.
Prezident ailəsi ilə sərgidə – Fotolar
Mayın 5-də Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Bakı Ekspo Mərkəzində 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu – “Caspian Agro Week” və 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi – “InterFood Azerbaijan” ilə tanış olublar. Canlixeber.com qeyd edir ki, bu barədə məlumatı Prezidentin Mətbuat Xidməti yayıb.
Son Dəqiqə: İran “Hörmüz” lə bağlı QƏRAR VERDİ: Yeni qaydalar BELƏ OLACAQ
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın qısamüddətli hərbi müşayiət əməliyyatını dayandırmasından sonra strateji Hörmüz boğazından keçən gəmilər üçün “yeni prosedurlar” tətbiq ediləcəyini bildirib. Canlixeber.com qeyd edir ki, bu barədə CNN məlumat yayıb. Məlumata görə, bu açıqlama Tehranın Vaşinqtonun “Project Freedom” (“Azadlıq Layihəsi”) adlı əməliyyatını dayandırmaq qərarına ilk reaksiyası hesab olunur. Sözügedən missiya müharibə dövründə […]
Sürücülərin NƏZƏRİNƏ – Bu küçə bağlanır
Bakı şəhəri, Rəşid Behbudov küçəsinin Sahib Zeynalov küçəsindən Abbasqulu ağa Bakıxanov küçəsinə qədər olan hissəsində təmir işləri aparılacaq. Bu barədə Canlixeber.com-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib. Bildirilib ki, 8 may saat 22:00-dan 9 may saat 23:00-dək qeyd olunan ərazidə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. “Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, əvvəlcədən hərəkət istiqamətlərini planlaşdırmaları […]
WUF13 üçün Bakıda 42 kilometrlik yaşıl nəqliyyat zolaqları yaradılıb
WUF13 çərçivəsində Bakıda 42 kilometrlik yaşıl nəqliyyat zolaqları salınıb Canlixeber.com xəbər verir ki, Ümumdünya Şəhərsalma Forumunun (WUF13) keçirilməsi ilə əlaqədar Bakı şəhərində xüsusi nəqliyyat infrastrukturu yaradılıb. Bu barədə WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Nəqliyyat şöbəsinin müdiri Vüqar Aslanov keçirilən brifinqdə məlumat verib. Onun sözlərinə görə, şəhərdə ümumilikdə 42 kilometrlik yaşıl hərəkət zolaqları təşkil olunub. Bu zolaqlar […]
